satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

İstanbulun Başakşehir rayonunda orta məktəblərdən birində şagird bıçaqla həmyaşıdlarına hücum edib.

NTV Türkiyə mediasına istinadla xəbər verir ki, ilkin məlumatlara görə, Şeyx Şamil adına məktəbin 5 şagirdi yaralanıb. Yaralanan qızlar xəstəxanaya çatdırılıb, məktəblilər təhsil müəssisəsindən təxliyə olunublar.

İstanbul valiliyi bildirib ki, yerli vaxtla saat 08:40-da baş verən insidentin səbəbi şagirdlər arasında mübahisə olub.

Hücum edən şagird polis tərəfindən saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM