satellite   Azerspace-1: 11135 H 30000

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib - FOTOLAR

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib<font color=red> - FOTOLAR</font> Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib<font color=red> - FOTOLAR</font>

Türkiyənin Antalya şəhərində davam edən 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) çərçivəsində Nazirlər və Parlamentarilərin 16-cı Toplantısı keçirilib. Toplantıda “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib.

NTV xəbər verir ki, bununla bağlı açıqlama verən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır 21 ölkədən 32 nazir, parlamentari və kosmik agentlik nümayəndəsinin deklarasiyanı qəbul etdiyini və təsdiqlədiyini bildirib . O, digər ölkələri və beynəlxalq təşkilatları da sənədə qoşulmağa dəvət edib.

Nazir deklarasiyanın kosmosda sülh, məsuliyyət və əməkdaşlığa dair ortaq beynəlxalq çərçivə yaratmağı hədəflədiyini vurğulayıb. Onun sözlərinə görə, kosmik texnologiyalarda əldə olunan irəliləyişlər insanların təhlükəsizliyi, dayanıqlılığı və rifahına xidmət etməlidir.

Toplantıda 38 ölkədən nazirlər, parlament nümayəndələri, kosmik agentlik rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib. Görüşdə kosmosun dinc məqsədlərlə istifadəsi, kosmik hüquq, inkişaf etməkdə olan ölkələrin kosmik ekosistemə inteqrasiyası və dayanıqlı kosmik iqtisadiyyat məsələləri müzakirə olunub.

Kaçır, həmçinin Türkiyənin milli kosmik proqramı çərçivəsində İMECE, Türksat 6A, Türksat 7A, İMECE-2 və İMECE-3 layihələri barədə məlumat verib. O, 2027-ci ilin əvvəlində ilk Ay kosmik aparatının buraxılmasının planlaşdırıldığını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM