Oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində 20 yaşadək voleybolçu qızlar arasında Avropa çempionatının I təsnifat mərhələsinin (EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) oyunları keçiriləcək.
Azərbaycan Voleybol Federasiyasından NTV-yə verilən məlumata görə, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov EEVZA-nın oyunlarına təyinat alıb.
Qeyd edək ki, turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları mübarizə aparacaqlar.
