satellite   Azerspace-1: 11135 H 30000

Böyük Qayıdış davam edir: Ağdamdan Xocalı və Ağdərəyə növbəti köç yola salınıb - FOTOLAR

Böyük Qayıdış davam edir: Ağdamdan Xocalı və Ağdərəyə növbəti köç yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış davam edir: Ağdamdan Xocalı və Ağdərəyə növbəti köç yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış davam edir: Ağdamdan Xocalı və Ağdərəyə növbəti köç yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış davam edir: Ağdamdan Xocalı və Ağdərəyə növbəti köç yola salınıb<font color=red> - FOTOLAR</font>

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Oktyabrın 22-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı və Ağdərə rayonlarına yola salınıb.

NTV xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərənin Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülür.

Qeyd edək ki, işğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə digər şəhər və rayonlarda olduğu kimi, Xocalı və Ağdərədə də genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinə başlanılıb, qısa müddətdə müasir mühəndis-kommunikasiya şəbəkələri, dayanıqlı yol-nəqliyyat infrastrukturu qurulub və zəruri sosial obyektlər istifadəyə verilib. “Böyük Qayıdış” proqramı çərçivəsində hər iki rayonda fərdi evlər və çoxmənzilli binalar ən yüksək şəhərsalma standartlarına uyğun əsaslı təmir edilib və inşa olunub. Sakinlərin rahatlığı üçün məktəblər, bağçalar, tibb məntəqələri və yeni iş yerləri yaradılaraq keçmiş məcburi köçkünlərin onilliklərdən sonra doğma ocaqlarında təhlükəsiz, firavan və müasir tələblərə cavab verən şəraitdə yaşamaları tam təmin edilib.

Mikroavtobuslarda doğma yurda qayıdan sakinlərin simasında həm çətin illərin xatirəsi, həm də gələcəyə olan böyük ümid duyulur.

Xocalının Badara kəndinə yola düşən Cəmilə İsgəndərova yurdu tərk edərkən körpə olduğunu, bu gün isə oraya bir ana kimi övladları ilə birlikdə döndüyünü dilə gətirib: "Torpaqlar işğal olunanda mənim cəmi 5 yaşım var idi. İndi 40 yaşımdayam və doğma torpaqlarımıza qayıdırıq. Bu günə şükürlər olsun. Balalarımızı da götürüb öz torpaqlarımızda yaşamaq, qurub-yaratmaq üçün geri dönürük. Qarabağ Azərbaycandır! Bizim üçün bundan böyük xoşbəxtlik ola bilməz."

İllər boyu Yevlax rayonunda məskunlaşan və Ağdərənin Heyvalı kəndinə qayıdan Zöhrə Qasımova da dədə-baba ocağına qovuşmağın həyəcanını bölüşüb: "Bugünkü günümüzə min şükür, dədə-baba yurdumuza qayıdırıq. Prezidentimizə təşəkkür edirik ki, torpaqlarımızı azad edib yenidən bizə qovuşdurdu. Bu sevinci bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik, Allah onlara rəhmət eləsin. Qazilərimizə və müharibə iştirakçılarına möhkəm cansağlığı arzulayırıq."

Otuz ildən artıq davam edən köçkünlük həyatının çətinliklərindən danışan Zöhrə Qasımova doğma ocaqdan uzaq düşməyin hər zaman böyük kədər yaratdığını, lakin bugünkü qayıdış hissinin hər şeyi unutdurduğunu vurğulayıb. "Doğma yurddan kənar düşmək bizi çox məyus etmişdi. Amma bu gün sevincimizin həddi-hüdudu yoxdur. Gedib kəndimizdə yeni həyat quracağıq. Övladlarımızla birlikdə öz şəraitimizi yaradıb doğma kəndimizdə firavan yaşayacağıq”, - deyə o əlavə edib.

Digər keçmiş məcburi köçkünlər də uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayıblar. Onlar doğma yurdlarında yenidən qayıtmaqla ən böyük arzularının reallaşdığını bildirib, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı və Ağdərə sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM