satellite   Azerspace-1: 11135 H 30000

“Arsenal”ın hücumçusu ciddi zədə alıb

“Arsenal”ın hücumçusu ciddi zədə alıb

İngiltərənin “Arsenal” klubunun futbolçusu Bukayo Saka UEFA Çempionlar Liqasının “Bavariya” ilə oyununda zədələnib.

NTV xarici mətbuata istinadən xəbər verir ki, Münxendə keçirilən və 2:2 hesabı ilə başa çatan görüşün 10-cu dəqiqəsində zədələnən 25 yaşlı hücumçu Ebereçi Eze ilə əvəzlənib.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Sakanın zədəsinin narahatlıq doğurduğunu bildirib: “Onun vəziyyəti ilə bağlı bir qədər narahatlıq var. Kəskin ağrı səbəbindən oyunu tərk etmək məcburiyyətində qalan futbolçu ilə bağlı bu, heç yaxşı xəbər deyil. Lakin vəziyyətin necə olacağını gözləməliyik”.

Xatırladaq ki, Bukayo Saka son aylarda zədə ilə bağlı problemlər yaşayıb. O, Axilles vətərinin zədəsi səbəbindən ötən mövsüm bir sıra oyunları buraxıb.

Qeyd edək ki, “Arsenal” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”ın rəqiblərindən biridir. Komandalar 2027-ci il yanvarın 27-də - turnirin VIII turu çərçivəsində qarşılaşacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşır

10:36 22.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM