satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda Rusiya qazının bahalaşmasının ÜDM üçün nəticələrini hesablayıblar

Ermənistanda Rusiya qazının bahalaşmasının ÜDM üçün nəticələrini hesablayıblar

Rusiyadan Ermənistana tədarük edilən təbii qazın qiymətinin mümkün artımının Ermənistanda iqtisadi artımı ən azı 5 faiz bəndi (pp) azaldacağı proqnozlaşdırılır.

NTV “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

O, belə bir ssenarini arzuolunmaz adlandıraraq deyib: “Qaz qiymətlərində dəyişiklik iqtisadiyyata 5-7 pp, bəlkə də daha çox təsir göstərə bilər”.

Buna baxmayaraq, bunun nəticəsində çıxılmaz vəziyyət yaranmayacaq. Amma bu, çox arzuolunmazdır. Qazın qiymətinin artması arzuolunmazdır, amma düşünürəm ki, zaman keçdikcə qazı bazar qiymətləri ilə almaq məntiqli olmalıdır”.

Onun sözlərinə görə, Ermənistan hər şeyi bazar qiymətləri ilə almaq barədə düşünməlidir.

“Əgər bir şeyi bazar qiymətləri ilə almasaq, onda yenə də bunun üçün bu və ya digər şəkildə pul ödəməli olacağıq, çünki heç bir ölkə bizə ucuz məhsul satmayacaq”, - deyə Papoyan qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM