satellite   Azerspace-1: 11135 H 30000

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ölkəmizə ekstradisiya ediləcək

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ölkəmizə ekstradisiya ediləcək

Baş Prokurorluğun Almaniyanın Federal Ədliyyə İdarəsinə müraciəti və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Elmir Elxan oğlu Nuriyevin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Bu barədə NTV-yə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Elmir Nuriyevin özünü şirkət rəhbəri kimi təqdim edərək müxtəlif şəxsləri aldatmaqla və onların etibarından sui-istifadə etməklə, onlara məxsus mənzilləri təmir edəcəyinə dair yalan vədlər verməsi və bu yolla xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Həmin şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Almaniyanın ərazisində yeri müəyyən edilərək saxlanılması təmin olunub.

Hazırda Elmir Nuriyevin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşır

10:36 22.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM