satellite   Azerspace-1: 11135 H 30000

Kiberhücum təhlükəsinə görə çoxsaylı internet saytları fəaliyyətini dayandırıb

Kiberhücum təhlükəsinə görə çoxsaylı internet saytları fəaliyyətini dayandırıb

Dünyanın müxtəlif ölkələrində çoxsaylı internet saytları ciddi kibertəhlükəsizlik boşluğunun aşkarlanmasından sonra müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

NTV “The Independent”ə istinadla xəbər verir ki, süni intellekt agentləri tərəfindən aşkar edilən təhlükəsizlik boşluğu internet saytlarının təxminən 70 faizində istifadə olunan PHP proqramlaşdırma dili ilə bağlıdır. Mümkün kiberhücumların qarşısını almaq məqsədilə bir sıra ölkələrin dövlət qurumları və şirkətləri internet saytlarını müvəqqəti olaraq bağlayıblar.

Məlumata görə, aşkarlanan təhlükəsizlik boşluqlarının bir hissəsini aradan qaldırmaq üçün proqram yeniləmələri artıq mövcuddur. Bununla belə, kibertəhlükəsizlik mütəxəssisləri yeniləmələri dərhal tətbiq edə bilməyən təşkilatlara sistemlərini qorumaq üçün saytlarının fəaliyyətini müvəqqəti dayandırmağı tövsiyə edirlər. Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) bildirib ki, PHP proqramlaşdırma dilinin istənilən versiyasından istifadə edən təşkilatlar təhlükə ilə üzləşə bilər.

Qurum bütün təşkilatları proqram təminatını ən son təhlükəsizlik yeniləmələri ilə təchiz etməyə çağırıb. Yeniləmələrin dərhal həyata keçirilməsi mümkün olmadıqda isə təhlükə tam aradan qaldırılanadək müvafiq sistemlərin müvəqqəti olaraq şəbəkədən ayrılması tövsiyə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM