satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir

Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınmasına dair müqavilə gözləyir

Türkiyə Qətərdən "Eurofighter Typhoon" qırıcı təyyarələrinin satışına dair müqavilə və personalın hazırlığı proqramının layihəsini gözləyir.

NTV "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

"Qətərin təlim proqramının layihəsini və satış müqaviləsini hazırlayaraq daha sonra ölkəmizə təqdim edəcəyi gözlənilir", - məlumatda qeyd olunub.

Nazirliyin məlumatına görə, satınalma ilə bağlı danışıqlar davam edir. Avqust və sentyabr aylarında iki ölkənin nümayəndə heyətləri təyyarə və sursat tədarükünün tərkibi, pilotların və texniki xidmət mütəxəssislərinin hazırlığı daxil olmaqla, texniki və logistik məsələləri müzakirə ediblər.

Ötən il Ankara və London 20 ədəd "Eurofighter Typhoon" qırıcı təyyarəsinin tədarükünə dair saziş bağlayıblar. Türkiyə həmçinin Qətər və Omandan daha 24 təyyarə almaq niyyətində olduğunu bildirib. Hələlik bu satınalmalarda əhəmiyyətli irəliləyiş yoxdur. Təyyarələrin təhvil verilməsi üçün ayrı-ayrı müqavilələr lazımdır.

Nazirlikdən həmçinin hava hücumundan müdafiə sahəsində milli layihələrin həyata keçirilməsi, hərbi platformaların yaradılması, "KAAN" qırıcı təyyarəsinin və pilotsuz uçuş aparatlarının hazırlanması, eləcə də hərbi gəmiqayırma ilə əlaqədar olaraq 2027-ci il üçün müdafiə büdcəsinin artırıldığı barədə məlumat verilib.

Bundan əlavə, oktyabrın 21-də Türkiyə Qətər, Pakistan və İndoneziya ilə müdafiə əməkdaşlığının, o cümlədən silahların birgə işlənib hazırlanması və istehsalı yolu ilə gücləndirilməsinə dair saziş imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM