satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanı nəşrində Azərbaycanda qonaqpərvərlik ənənələri barədə məqalə dərc edilib

Səudiyyə Ərəbistanı nəşrində Azərbaycanda qonaqpərvərlik ənənələri barədə məqalə dərc edilib

Səudiyyə Ərəbistanının “Əl-Vətən” nəşrində yazar Əhməd Tabeicinin Azərbaycan və Səudiyyə Ərəbistanı mədəniyyətlərində qonaqpərvərlik ənənələrinin ortaq cəhətlərinə həsr olunmuş məqaləsi dərc edilib.

NTV xəbər verir ki, məqalədə müəllif Bakının şəhər mühiti, milli musiqi ənənələri və Azərbaycan cəmiyyətinin mədəni xüsusiyyətlərini təhlil edib.

Azərbaycanın 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etməsinin tarixi əhəmiyyətinə toxunularaq, ölkənin 1918-ci il mayın 28-də yaradılmış ilk demokratik cümhuriyyətindən başlayan dövlətçilik tarixindən danışılıb. Azərbaycanda tarixi və mədəni irsini qoruyaraq müxtəlif mədəniyyətlərin və dünyagörüşlərinin bir arada mövcud olduğu cəmiyyət formalaşdığı diqqətə çatdırılıb.

Əhməd Tabeici qeyd edib ki, mədəniyyətlərarası anlaşma üçün hər zaman dil biliklərinə ehtiyac yoxdur. Qonağı səmimi qarşılamaq, ona çay təklif etmək, ailə və şəhər haqqında söhbət etmək kimi sadə davranışlar xalqları bir-birinə yaxınlaşdıran ümumbəşəri dəyərləri ifadə edir.

Məqalədə müəllifin Bakı səfəri çərçivəsində Bakı Dövlət Universitetinin ərəb dili ixtisası üzrə təhsil alan tələbələri üçün keçirdiyi interaktiv mühazirəyə də yer verilib. “Səudiyyə və Azərbaycan mədəniyyətlərində qonaqpərvərlik elementləri” mövzusuna həsr olunan görüşdə fikir mübadiləsi aparılıb, iki xalqın qonaqpərvərlik ənənələri arasındakı oxşarlıqlar müzakirə olunub.

Yazarın fikrincə, mədəniyyət xalqlar arasında ortaq insani dəyərləri üzə çıxarmaq və qarşılıqlı anlaşmanı gücləndirmək üçün mühüm vasitədir. O vurğulayıb ki, şəhərlərin yaddaşlarda qoyduğu iz onların tarixi, adət-ənənələri və sakinlərinin həyat tərzi ilə sıx bağlıdır.

Əhməd Tabeici məqaləsində Azərbaycan xalqının öz milli kimliyini qorumaqla yanaşı, digər mədəniyyətlərə açıq olması və tarixi irsi ilə seçildiyini diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM