Ukraynada Rusiya ilə müharibə dövründə ilk dəfə olaraq əhalinin rəsmi sayı açıqlanıb.
NTV-nin məlumatına görə, Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya İnstitutu əhalinin sayının kəskin azaldığını bildirib.
Məlumata görə, ölkə əhalisinin sayı hazırda 28.5 milyon nəfərə düşüb. Azalmanın əsas səbəbi kimi əhalinin bir hissəsinin ölkəni tərk etməsi göstərilir.
