satellite   Azerspace-1: 11135 H 30000

Manas şəhəri Qırğızıstanın ikinci iqtisadi mərkəzinə çevriləcək

Manas şəhəri Qırğızıstanın ikinci iqtisadi mərkəzinə çevriləcək

Qırğızıstanın Manas şəhərinə ölkənin ikinci iqtisadi mərkəzi statusunun verilməsi nəzərdə tutulur. Şəhər ölkənin cənubunda əsas nəqliyyat-logistika qovşağına və biznes mərkəzinə çevriləcək.

NTV  Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, Prezident Sadır Japarov bu barədə növbəti beş il üçün strateji hədəflərin müzakirə olunduğu milli iclasda bildirib. Dövlət başçısı regional inkişaf çərçivəsində biznesə dəstəyin gücləndirilməsinin və investisiyalar üçün əlverişli şəraitin yaradılmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, 2050-ci ilədək torpaqlardan səmərəli istifadə və ərazilərin inkişafı konsepsiyası çərçivəsində kompakt şəhərsalma, çoxmərtəbəli yaşayış binalarının tikintisi və infrastrukturun genişləndirilməsi nəzərdə tutulur. Bu tədbirlər kənd təsərrüfatına yararlı torpaqların qorunmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə və su ehtiyatlarından səmərəli istifadəyə xidmət edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM