satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib.

NTV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu rəqibləri Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Qeyd edək ki, tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan “Sabah” İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klubları ilə evdə, İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” komandaları ilə isə səfərdə qarşılaşacaq. Bakı klubu ilk matçını sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM