satellite   Azerspace-1: 11135 H 30000

Putin: Süni intellekt insanın əlində daha güclü silaha çevrilə bilər

Putin: Süni intellekt insanın əlində daha güclü silaha çevrilə bilər

Yaxın gələcəkdə avtonom sistemlər bəzi sahələrdə orta ixtisaslı mütəxəssisləri əvəz edə biləcək. Bununla yanaşı, mürəkkəb rəqəmsal sistemləri layihələndirməyi və süni intellekt agentlərindən ibarət komandaları idarə etməyi bacaran mütəxəssislərə tələbat artacaq.

NTV  xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən “Süni intellekt dünyasına səyahət” (AI Journey) beynəlxalq konfransının plenar iclasında səsləndirib.

O, süni intellektin inkişafı üzrə milli strategiyanın yenilənməsini təklif edib. “Süni intellekt müstəqillik baxımından keyfiyyətcə yeni səviyyəyə yüksəlib və bunu nəzərə almaq lazımdır”, - deyə o bildirib. Putinin qiymətləndirməsinə görə, bu texnologiyalar Rusiya üçün kadr çatışmazlığını aradan qaldırmağın yollarından biri ola bilər.

Texnologiyaların seçimi barədə danışan V.Putin Rusiyanın öz fundamental süni intellekt modellərini inkişaf etdirməyə davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, ölkə bu modellərin keyfiyyətinə və təhlükəsizliyinə özü nəzarət etməlidir ki, Rusiyadan kənarda kimsə “düyməni basaraq” sistemlərin fəaliyyətini dayandıra bilməsin.

“Süni intellekt insanın əlində, o cümlədən hərbi sahədə də daha güclü silaha çevrilə bilər”, - deyə Rusiya Prezidenti əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM