satellite   Azerspace-1: 11135 H 30000

Braziliyalı qapıçı “Liverpul”un tarixinə düşüb

Braziliyalı qapıçı “Liverpul”un tarixinə düşüb

“Liverpul”un qapıçısı Alisson Beker UEFA Çempionlar Liqasında Mersisayd klubunun tarixində məhsuldar ötürmə verən ilk qolkiper olub.

NTV xəbər verir ki, braziliyalı oyunçu bu uğura “Brügge” ilə səfər qarşılaşmasında imza atıb. O, görüşün 88-ci dəqiqəsində Aleksander İsakın vurduğu və matçda sonuncu olan qolun məhsuldar ötürməsini verib. Qarşılaşma İngiltərə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Alissonun “Liverpul”un heyətində bütün turnirlərdə məhsuldar ötürmələrinin sayı 4-ə çatıb. O, bundan əvvəl Məhəmməd Salahın üç qoluna assist edib.

Qeyd edək ki, Alison Bekerin məhsuldar ötürmələrinin ümumi sayı Pepe Reyna və Bryus Qrobbelaarın göstəriciləri ilə bərabərləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM