satellite   Azerspace-1: 11135 H 30000

İlon Mask ABŞ-dəki uşaqlara vəd etdiyi “SpaceX” səhmlərinin sayını ikiqat artırıb

İlon Mask ABŞ-dəki uşaqlara vəd etdiyi “SpaceX” səhmlərinin sayını ikiqat artırıb

“Tesla” və “SpaceX” şirkətlərinin baş icraçı direktoru İlon Mask ABŞ-də yaşayan hər bir uşağa iki ədəd “SpaceX” səhmi verəcəyini açıqlayıb. Səhmlərdən biri şirkət, digəri isə şəxsən İlon Mask tərəfindən təqdim ediləcək.

NTV xəbər verir ki, İ.Mask “X” sosial şəbəkəsindəki hesabında bu barədə paylaşım edib.

“Amerikadakı hər bir uşağa iki ədəd “SpaceX” səhmi veriləcək. Onlardan biri şirkətdən, digəri isə şəxsən məndən olacaq”, – deyə o bildirib.

İ.Mask bununla bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, iş adamı ötən ay ABŞ-dəki hər bir uşağa bir “SpaceX” səhmi verməyi vəd etmişdi. ABŞ mediasının məlumatına görə, ölkədə təxminən 72 milyon uşaq yaşayır. Bu isə İ.Maskın yeni vədinin ümumi dəyərinin 18,4 milyard dollar təşkil edə biləcəyi deməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM