Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir.
NTV xəbər verir ki, bu barədə hərbi əsirlərlə davranış üzrə Koordinasiya Qərargahı “Telegram” kanalında məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının müstəntiqləri ekspertiza müəssisələrinin nümayəndələri ilə birlikdə repatriasiya edilmiş həlak olmuş şəxslərin kimliyini müəyyənləşdirmək üçün bütün zəruri tədbirləri həyata keçirəcəklər.
Repatriasiya tədbirləri Koordinasiya Qərargahının, Ukrayna Təhlükəsizlik Xidməti yanında Birləşmiş Mərkəzin, Ukrayna Silahlı Qüvvələrinin, Daxili İşlər Nazirliyinin, Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkilinin Ofisinin, itkin düşmüş şəxslər üzrə müvəkkilin Katibliyinin, Təhlükəsizlik və Müdafiə sektorunun nümayəndələrinin birgə işi nəticəsində həyata keçirilib.
