satellite   Azerspace-1: 11135 H 30000

Qlobal fond bazarlarında kəskin dalğalanmalar davam edir

Qlobal fond bazarlarında kəskin dalğalanmalar davam edir

Süni intellektə yatırılan investisiyaların gəlirliliyi və maliyyələşdirmə xərclərinin artması ilə bağlı narahatlıqlar fonunda ABŞ fond bazarlarında kəskin dalğalanmalar davam edib.

NTV xəbər verir ki, ticarət sessiyası ərzində “Nasdaq 100” indeksi ayı bazarı həddinə yaxınlaşsa da, sonradan investorların aşağı qiymətlərdən alışlara üstünlük verməsi nəticəsində itkilərinin böyük hissəsini bərpa edib. İndeks günü 0,6 faiz azalma ilə başa vurub.

“Nvidia” şirkətinin səhmləri 3,9 faiz ucuzlaşıb. Bununla yanaşı, investorların texnologiya sektorundan kənar sahələrə yönəlməsi nəticəsində “S&P 500” indeksinə daxil olan şirkətlərin əksəriyyətinin səhmləri bahalaşıb. “Nvidia”nın rəhbəri Censen Huanqın şirkətə qayıtması ilə yaranan qısamüddətli nikbinlik süni intellektə yatırılan vəsaitlərin həcmi və bu investisiyaların yetərli gəlir gətirib-gətirməyəcəyi ilə bağlı şübhələrlə əvəzlənib.

Digər tərəfdən, FED-in dekabr ayında faiz dərəcələrini artıracağına dair gözləntilər də güclənib. Buna oktyabr ayında fərdi istehlak xərcləri üzrə qiymət indeksinin illik ifadədə 3,8 faiz artması və FED-in 2 faizlik inflyasiya hədəfindən xeyli yüksək olması təsir göstərib.

Riskli və kredit vəsaitləri hesabına formalaşdırılmış mövqelərin bağlanması investorların istiqrazlara və digər təhlükəsiz aktivlərə marağını artırıb. ABŞ-nin 10 illik dövlət istiqrazlarının gəlirliliyi ardıcıl səkkizinci ticarət günündə də azalıb. Bu, 2024-cü ildən bəri qeydə alınan ən uzunmüddətli eniş seriyasıdır.

Analitiklər yüksək dəyişkənliyin yaxın vaxtlarda başa çatacağına dair hələlik heç bir əlamətin olmadığını bildiriblər. Bununla belə, bu səhər maliyyə bazarlarında risk iştahı yenidən artıb və investorların diqqəti təkrar süni intellekt sektoruna yönəlib.

Şükranlıq Günü tətili ərəfəsində “Uoll-Strit”də çərşənbə günü ticarət sessiyasının sonuna doğru alışların güclənməsi “Nasdaq 100” indeksinin kəskin itkilərinin böyük hissəsini bərpa etməsinə imkan yaradıb. Bu gün ABŞ-də dövlət istiqrazlarının təkrar bazarında əməliyyatlar aparılmayacaq.

Asiya bazarlarında da müsbət dinamika müşahidə olunub. “MSCI Asia Pacific” indeksi 1,5 faiz yüksələrək son 11 ticarət sessiyasında ikinci gündəlik artımını qeydə almağa hazırlaşır. Bahalaşmaya əsasən texnologiya şirkətlərinin səhmləri öncüllük edib.

“Nvidia” ilə əməkdaşlıq edəcəyini açıqlayan Yaponiyanın “Kioxia” şirkətinin səhmləri Tokio birjasında 14 faiz bahalaşıb. Cənubi Koreyanın çip istehsalçılarının səhmlərində də artım qeydə alınıb.

“Nasdaq 100” indeksinin fyuçersləri aşağı qiymətlərdən alışların artması nəticəsində 1,1 faiz yüksəlib. Avropa fond bazarlarının isə ticarətə 2 faizdən çox artımla başlayacağı gözlənilir.

Əmtəə bazarlarında da yüksəliş müşahidə olunub. “Brent” markalı neftin bir barelinin qiyməti 95 dollara çatıb. Beləliklə, neft əvvəlki iki ticarət sessiyasında qeydə alınan təxminən 6 faizlik bahalaşmanı davam etdirib. Misin qiyməti də son 11 ayın minimum səviyyəsindən 3 faizdən çox yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM