satellite   Azerspace-1: 11135 H 30000

Çin XİN: Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq

Çin XİN: Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq

Çin ikitərəfli münasibətlərin inkişafı üçün Şimali Koreya ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

NTV CCTV+-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Qo Tszyakun Şimali Koreya lideri Kim Çen Inın şənbə günü Çinin Dandun şəhərinə səfərini şərh edərkən bildirib.

"Çin və Şimali Koreya dost ölkələrdir. İkitərəfli münasibətlərin qorunması, möhkəmləndirilməsi və inkişafı həmişə Çin Kommunist Partiyasının və Çin hökumətinin dəyişməz strateji siyasəti olub... Çin iki ölkə liderləri arasında əldə edilmiş mühüm razılaşmaların həyata keçirilməsi və ikitərəfli münasibətlərin inkişafının irəlilədilməsi üçün Şimali Koreya ilə əməkdaşlığı davam etdirməyə hazırdır", - o deyib.

Şimali Koreya lideri şənbə günü iki ölkəni birləşdirən Yalu çayı üzərindən yeni açılmış körpü ilə Danduna birgünlük səfərə gəlib. Səfər çərçivəsində o, avtomobil zavodunu ziyarət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM