Ötən həftə Türkmənistan dövlət əmtəə və xammal birjasında 10 əməliyyat qeydə alınıb. Azərbaycan biznes ictimaiyyətinin nümayəndələri də bu əməliyyatlarda iştirak ediblər.
NTV Turkmenportal”a istinadla xəbər verir ki,, Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Serbiyadan olan sahibkarlar xarici valyuta ilə “Portland” sementi, pambıq yağı, buğda unu, biyan kökündən qlisirrizik turşusu, eləcə də pambıq iplik və parça alıblar.
Bu əməliyyatların ümumi dəyəri 9,97 milyon dollardan çox olub
