satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 53 %-ə yaxın artıb

Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 53 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə ümumilikdə 754,5 min manat vəsait daxil olub.

NTV  xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,7 % çoxdur.

Bundan başqa, 9 ayda Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının icarəyə verilməsinə dair 150 yeni müqavilə bağlayıb. Bunlardan 94-ü qeyri-yaşayış, 56-sı isə torpaq sahələrinə aid olub. Həmçinin 185 icarə müqaviləsinin müddəti uzadılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM