satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı: Azərbaycan millisi bu gün İsrail və Haiti yığmaları ilə qarşılaşacaq

Dünya çempionatı: Azərbaycan millisi bu gün İsrail və Haiti yığmaları ilə qarşılaşacaq

Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək.

NTV xəbər verir ki, Famil Xəlilovun başçılıq etdiyi komanda günün ilk matçında İsraillə, son görüşdə isə Haiti seçməsi ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq, saat 11:30-da və 18:15-də başlayacaq. Hər iki qarşılaşma Hövsan Yarış Kompleksinin 10A meydançasında olacaq.

Qeyd edək ki, AF qrupunda yer alan Azərbaycan millisi 3 oyundan sonra 6 xalla Haiti ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.

Dünya çempionatına oktyabrın 30-da yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM