satellite   Azerspace-1: 11135 H 30000

“Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb

“Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb

“Euronews” telekanalı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyəti, Azərbaycanın təşkilata sədrliyi və regional dialoqun praktiki əməkdaşlığa çevrilməsi istiqamətində görülən işlər barədə videosüjet hazırlayıb.

 

NTV xəbər verir ki, “AQEM üzvləri regional dialoqu konkret fəaliyyətə çevirməyə çalışırlar” başlıqlı süjetdə təşkilatın regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ortaq çağırışların həllində oynadığı roldan bəhs olunur.

 

Qeyd edilir ki, 30 ildən artıqdır fəaliyyət göstərən AQEM müxtəlif siyasi və iqtisadi prioritetlərə malik ölkələr arasında mühüm dialoq platforması rolunu oynayır. Hazırda təşkilata üzv olan 28 dövlət regional təhlükəsizlik, iqtisadi inkişaf və yeni çağırışlar istiqamətində əməkdaşlığı gücləndirməyə çalışır.

 

Videosüjetdə Azərbaycanın 2024-cü ildən başlayan sədrliyi dövründə təşkilatın institusional strukturunun möhkəmləndirilməsinə və əməkdaşlığın daha praktik xarakter almasına xüsusi diqqət yetirildiyi vurğulanır. Bildirilir ki, üzv dövlətlər arasında aparılan müzakirələrdə miqrasiya, iqlim dəyişikliyi və süni intellektlə yanaşı, maliyyə, təhsil və biznes sahələrində əməkdaşlıq məsələləri də əsas yer tutur.

 

“Euronews” qeyd edir ki, AQEM-in inkişafının yeni mərhələsində əsas diqqət üzv dövlətlər arasında dialoqun konkret nəticələrə və uzunmüddətli əməkdaşlığa çevrilməsinə yönəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM