satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub

Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub

Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib.

 

NTV-nin Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə ilk növbədə yaşlı sakinlərə şamil olunur.

 

Prefekturanın inzibati mərkəzi olan Vakayama şəhərində artıq subasma halları qeydə alınıb. Bəzi küçələrdə suyun səviyyəsi avtomobillərin təkərlərinədək yüksəlib.

 

Güclü yağışlara səbəb Çin sahillərindən Yaponiyaya doğru hərəkət edən "Çampi" güclü tayfununun yaxınlaşmasıdır. Tayfun saatda təxminən 20 kilometr sürətlə irəliləyir.

 

Qeyd edək ki, tayfun daha əvvəl Tayvana təsir edib. Mövcud məlumatlara görə, təbii fəlakət nəticəsində bir nəfər ölüb, 610-dan çox insan xəsarət alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM