satellite   Azerspace-1: 11135 H 30000

Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələnib, iki Türkiyə vətəndaşı saxlanılıb

Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələnib, iki Türkiyə vətəndaşı saxlanılıb

Sofiyada Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, yerli taekvondo federasiyasının prezidenti Slavi Binev öldürülüb.

NTV xəbər verir ki, bu barədə "Nova" telekanalı xəbər verir.

O, başından güllələnərək öldürülüb, hadisə yerində giliz aşkar edilib.

Qətl barədə məlumat alındıqdan təxminən bir saat sonra hakimiyyət orqanları "Trayanın qapıları" tuneli rayonunda silahla üç nəfəri – bir Bolqarıstan vətəndaşını, iki Türkiyə vətəndaşını saxlayıb.

Cinayətin motivinin nizama salınmamış maliyyə münasibətləri olduğu ehtimal edilir.

Saxlanılanların silah saxlamaq üçün icazəsi olub.

Sofiya şəhər prokurorluğu artıq iş üzrə məhkəməyə qədərki araşdırmaya başlayıb. Sabah saxlanılan üç nəfərə ittiham irəli sürülüb-sürülməyəcəyi və onların 72 saat ərzində həbs altında saxlanılıb-saxlanılmayacağı məlum olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM