satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Oryol şəhərində raket hücumundan sonra üç nəfərin meyiti tapılıb

Rusiyanın Oryol şəhərində raket hücumundan sonra üç nəfərin meyiti tapılıb

Rusiyanın Oryol şəhərində mülki obyektə raket hücumu nəticəsində üç nəfər həlak olub.

NTV xəbər verir ki, Oryol vilayətinin qubernatoru Andrey Klıçkov ölənlər barədə məlumat verib. O bildirib ki, qurbanların meyitləri dağıntıları təmizləyərkən aşkarlanıb.

Təcili yardım xidmətləri hücumun nəticələrini təmizləməyə davam edir. Zərərin qiymətləndirilməsi və kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün şəhərdə zədələnmiş mənzillərin yoxlanılmasına başlanılıb. Vilayət qubernatoru qurbanların ailələrinə və yaralılara lazımi yardımın göstəriləcəyinə əminlik ifadə edib.

Daha əvvəl, oktyabrın 23-də Klıçkov Ukrayna ordusunun Oryoldakı zavoda raket hücumundan sonra səkkiz nəfərin tibbi yardım üçün müraciət etdiyini bildirib. Zavodda baş verən böyük yanğın söndürülüb

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM