satellite   Azerspace-1: 11135 H 30000

Asxat Xasenov: "KMQ 2026-cı ildə BTC ilə 1,7 milyon ton neft ixrac etməyi planlaşdırır"

Asxat Xasenov: "KMQ 2026-cı ildə BTC ilə 1,7 milyon ton neft ixrac etməyi planlaşdırır"

Qazaxıstanın "KazMunayQaz" (KMQ) milli neft-qaz şirkəti 2026-cı ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 1,7 milyon ton neft ixrac etməyi planlaşdırır.

NTV  "İnterfaks-Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə KMQ-nin İdarə Heyətinin sədri Asxat Xasenov bildirib.

A. Xasenov vurğulayıb ki, 2027-ci il üçün Qazaxıstan neftinin BTC vasitəsilə ixrac həcmlərinin artırılması planlaşdırılır və hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, 2025-ci ildə BTC boru kəməri ilə Qazaxıstan neftinin ixracı 1,2 milyon ton təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında BTC ilə 1,16 milyon ton Qazaxıstan nefti nəql edilib. Bu, 2025-ci ilin 9 ayının göstəricisindən 24 % çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM