satellite   Azerspace-1: 11135 H 30000

Futbol üzrə Asiya Kuboku cüt illərdə təşkil olunacaq

Futbol üzrə Asiya Kuboku cüt illərdə təşkil olunacaq

Futbol üzrə Asiya Kuboku bundan sonra cüt illərdə keçiriləcək.

NTV-nin  məlumatına görə, Asiya Futbol Konfederasiyası (AFC) turnirin formatını dəyişən nizamnamə düzəlişlərini təsdiq edib.

2027-ci il Asiya Kuboku hazırkı mövcud dövr üzrə sonuncu olacaq. Növbəti yarış 2032-ci ildə keçiriləcək, amma onun məkanı hələ müəyyənləşdirilməyib.

Yeni sistemə əsasən, konfederasiyanın seçki dövrü turnir tsiklinə uyğunlaşdırılacaq.

AFC prezidentinin növbəti seçkiləri 2027-ci ildə keçiriləcək. Seçilmiş şəxslər 2028-ci il yanvarın 1-də səlahiyyətlərinin icrasına başlayacaq və 2032-ci ilə qədər postlarında qalacaqlar.

Xatırladaq ki, 2027-ci ildə Asiya Kuboku yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM