Azərbaycan Premyer Liqasında IX tura start verilib.
NTV xəbər verir ki, açılış matçında “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edib.
Şamaxı şəhər stadionunda təşkil olunan görüş qonaqların qələbəsi ilə başa çatıb – 2:1.
Qalib komandanın qollarını İsmael Akinade ilə İsaak Amoa vurublar. Nominal meydan sahiblərinin qoluna isə Mohamed Mara imza atıb.
“Qəbələ” 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Naxçıvan təmsilçisi isə 2 xalla sonuncu - 12-ci yerdədir.
Günün ikinci qarşılaşmasında “Zirə” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq.
