satellite   Azerspace-1: 11135 H 30000

“Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb - FOTOLAR

“Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb<font color=red> - FOTOLAR</font> “Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb<font color=red> - FOTOLAR</font> “Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb<font color=red> - FOTOLAR</font> “Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb<font color=red> - FOTOLAR</font> “Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb<font color=red> - FOTOLAR</font> “Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb<font color=red> - FOTOLAR</font> “Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb<font color=red> - FOTOLAR</font> “Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb<font color=red> - FOTOLAR</font> “Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb<font color=red> - FOTOLAR</font> “Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb<font color=red> - FOTOLAR</font> “Səyyar Gənclər Xidməti” Zərdab gənclərinə yeni imkanlar qazandırıb<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, bu ilin iyun ayından etibarən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Zərdab gəncləri üçün imkanlar təqdim edib.

19–23 oktyabr tarixlərində “Gənclərlə, gənclər üçün” devizi altında keçirilən xidmət çərçivəsində Zərdab gənclərinin şəxsi və peşəkar inkişafına, yeni bilik və bacarıqlar əldə etməsinə, eləcə də gələcək karyera seçimlərində uğurlu seçimlər etmələrinə faydalı olacaq fəaliyyətlər təşkil edilib.

Layihənin Zərdab rayonundakı açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələrin və proqramın idarəedilməsi şöbəsinin müdiri Jalə Həsənova çıxış edərək “Səyyar Gənclər Xidməti”nin region gənclərinin inkişafı istiqamətində verdiyi töhfədən bəhs ediblər.

Beş gün davam edən proqram çərçivəsində gənclərin yaradıcılıq, komanda işi və liderlik bacarıqlarının inkişafına yönələn intellektual yarışlar, viktorinalar, ustad dərsləri və praktiki fəaliyyətlər təşkil olunub. İnteraktiv formatda keçirilən fəaliyyətlər gənclərin şəbəkələşməsinin və təşəbbüskarlığının artırılmasına, bilik və bacarıqlarının təkmilləşdirilməsinə xidmət edib. Bununla yanaşı, iştirakçılar təhsil, karyera, rəqəmsal inkişaf, vətənpərvərlik və sağlam həyat tərzi istiqamətləri üzrə yeni biliklər əldə ediblər.

Bununla yanaşı, xidmət çərçivəsində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən maarifləndirici sessiyalar keçirilib, Zərdab Peşə Liseyinin iştirakı ilə gənclərin peşə təhsilinə marağının artırılmasına yönəlmiş sərgi təşkil olunub. Həftənin yekununda fəaliyyətləri ilə xüsusi fərqlənən gənclər müxtəlif hədiyyələrlə təltif ediliblər.

Xatırladaq ki, başlıca məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, təhsil, rəqəmsal texnologiyalar, innovasiyalar və digər sahələr ilə bağlı yeniliklərin region gəncləri üçün əlçatanlığının daha da artırılması olan layihə cari ilin noyabr ayınadək 20 şəhər və rayonda ümumilikdə 8 mindən çox gənci əhatə edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM