satellite   Azerspace-1: 11135 H 30000

Macarıstanda milli bayram qeyd olunur

Macarıstanda milli bayram qeyd olunur

Oktyabrın 23-də Macarıstanda milli bayram parlamentin binasının qarşısında dövlət bayrağının təntənəli qaldırılması mərasimi ilə başlayıb.

NTV xəbər verir ki, Budapeştdəki Koşut Layoş meydanında keçirilən mərasim 1956-cı il inqilabının və müstəqillik uğrunda mübarizənin 70-ci ildönümünə həsr olunub.

Tədbirdə ölkə prezidenti Andraş Baka, Baş nazir Peter Magyar və parlamentin sədri Aqneş Forştfoffer iştirak ediblər.

Macarıstan Müdafiə Qüvvələrinin fəxri qarovul dəstəsi dövlət himninin sədaları altında milli bayrağı qaldırıb. Mərasimdə hərbi orkestr, süvari bölmələri, dövlət qurumlarının nümayəndələri və diplomatik korpusun üzvləri də iştirak ediblər.

Oktyabrın 23-də 1956-cı ildə sovet hökmranlığına və kommunist diktaturasına qarşı başlanan xalq üsyanı yad edilir. Həmin gün nümayişçilər siyasi islahatlar, milli müstəqillik və söz azadlığı tələb ediblər.

Bayram çərçivəsində ölkə üzrə anım mərasimləri, sərgilər və mədəni tədbirlər keçirilir. Bu tarix, həmçinin 1989-cu ildə Macarıstan Respublikasının elan edilməsini də xatırladır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM