Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayır.
NTV-nin məlumatına görə, U-20 bu gün EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında Polşa seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Gürcüstanın Rustavi şəhərində, Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.
Xatırladaq ki, Gökhan Edmanın baş məşqçisi olduğu kollektiv oktyabrın 24-də Latviya ilə münasibətlərə aydınlıq gətirəcək.
