Avropada 2026-cı ilin yayında müşahidə olunan güclü istilər nəticəsində azı 50 min nəfər həyatını itirib.
NTV xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, tədqiqatçılar Avropanın təxminən 850 şəhərindən əldə olunan məlumatları təhlil edərək bu yayın XXI əsrin ən ölümcül yayı olduğu qənaətinə gəliblər. Qeyd olunur ki, kənd yerləri də nəzərə alınarsa, ölənlərin sayı daha çox ola bilər. Alimlər istilərlə əlaqəli ölümlərin təxminən üçdə ikisinin iqlim dəyişikliyi ilə bağlı olduğunu bildirirlər.
Məlumata görə, iyun və iyul ayları Qərbi Avropada rekord istilərlə yadda qalıb. Bu dövrdə orta gündəlik temperatur 21,62 dərəcə Selsi təşkil edib ki, bu da 1991–2020-ci illərin orta göstəricisindən 2,79 dərəcə yüksəkdir.
