satellite   Azerspace-1: 11135 H 30000

Çinin Tibet bölgəsində zəlzələ qurbanlarının sayı 65 nəfərə çatıb

Çinin Tibet bölgəsində zəlzələ qurbanlarının sayı 65 nəfərə çatıb

Çinin Tibet bölgəsinin cənub-qərbində baş verən 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

NTV xəbər verir ki, yerli hökumət cümə günü zəlzələnin 16 nəfərin ölümünə səbəb olduğunu bildirmişdi.

Episentri Tibetin az məskunlaşmış dağlıq şəhəri olan Naqçuda olan zəlzələ 2024-cü ilin yanvar ayından bəri Çində baş verən ən güclü yeraltı təkan olub.

“Reuters” agentliyinin məlumatına görə, Naqçu polis idarəsi xilasetmə və təcili yardım göstərmək üçün episentrə 300-dən çox polis əməkdaşı göndərib.

Rəsmi “Sinxua” xəbər agentliyinin məlumatına görə, 12 mindən çox insan təhlükəsiz şəkildə təxliyə edilib.

Çin Seysmik Rabitə Mərkəzinin məlumatına görə, ərazidə 413 afterşok qeydə alınıb. 2010-cu ildə Tibet bölgəsinə qonşu olan Çinxay əyalətinin Yuyşu rayonunda 7,1 bal gücündə zəlzələ baş vermişdi və nəticədə 2698 nəfər ölmüş, təxminən 300 nəfər itkin düşmüşdü.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

10:37 23.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM