Yaxış Şərqdə davam edən gərgin geosiyasi vəziyyət və enerji resurslarının təchizatının dayanması Avropa İttifaqına (Aİ) daxil olan dövlətlərdə ciddi iqtisadi böhrana səbəb olub.
NTV xəbər verir ki, Almaniya və İtaliyanın baş nazirləri Brüsellə məktubla müraciət edərək Avropa Komissiyasından (AK) enerji siyasətini dəyişməyi tələb ediblər.
Məsələ burasındadır ki, Rusiyaya tətbiq olunan sanksiya Avropanı neft və qazdan məhrum edib. Digər tərəfdən isə Hörmüz boğazının bağlanması enerji daşıyıcılarının qiymətini rekord həddə artırıb.
Avropa Komissiyası hər dəfə alternativ enerji idxal edəcəyi haqqında söz versə də vədinə əməl edə bilmir. Dünya bazarında neftin 1 barelinin 100 dollar hədini keçməsinin nəticəsidir ki, Aİ yanacaq almaq üçün bir ilin büdcəsindən artıq 110 milyard avro xərcləyib. Yanacağın qiymətinin yüksələn templə artması Avropada inflyasiyanın səviyyəsini 33 faizə qaldırıb ki, bu da əhalinin sosial vəziyyətinə mənfi təsir göstərib.
Avropa dövlətləri əhalinin təzyiqi ilə üz-üzə qalıblar. Fransada baş verən xaos bütün dövlətləri ciddi düşünməyə məcbur edib. Lakin düşünüb siyasəti dəyişmək heç nə vermir. Real addımlar atmaq lazımdır. Bu addım isə Rusiya üzərindən sanksiyaları qaldırıb rəsmi Moskvaya dünya bazarına neft və qaz ixrac etməsinə icazədən keçir. Lakin bu, Avropanın təhlükəsizliyini təhdid etdiyi üçün problemlər meydana çıxarıb. Problem isə ondan ibarətdir ki, Aİ-də vahid mövqe yoxdur. Rusiyadan yanacaq almaq vəziyyəti düzəltsə də, Moskvanın əlavə tələblər irəli sürməyəcəyi məlum deyil.
Polşanın PKO bankının apardığı tədqiqata görə Avropa əhalisinin 42 milyonu elektrik enerjisinə görə ödəniş eləmək imkanında deyil. Əhalinin 73 faizi enerji qiymətlərinin artmasından əziyyət çəkir, kifayət qədər ərzaq ala bilmir, səhiyyə xidmətlərindən istifadə etmirlər. Yanacaq idxalına görə rüsumların minimuma endirilməsi də vəziyyəti düzəltmir. Hazırda Avropda 1 litir benzinin qiyməti 2-3 avro arasındadır ki, bu da kənd təsərrüfatının və biznesin işini çox çətinləşdirib, xidmətlərin qiymətini artırıb. Avropanın gözü ABŞ-yə dikilib. ABŞ Yaxın Şərqdə müharibəni başa çatdırsa dünya enerji bazarının təchizatı düzələr və qiymətlər aşağı düşər. Bunun isə nə vaxt baş verəcəyi heç kimə bəlli deyil.
