satellite   Azerspace-1: 11135 H 30000

Keniyada “Ebola” virusundan ikinci ölüm hadisəsi qeydə alınıb

Keniyada “Ebola” virusundan ikinci ölüm hadisəsi qeydə alınıb

Keniyada “Ebola” virusundan ikinci ölüm hadisəsi qeydə alınıb. Xəstəlikdən 65 yaşlı qadın vəfat edib.

 

NTV xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, qadın “Ebola”dan ölən ilk şəxsin yaxın qohumu olub və onunla birbaşa təmasda olub. Oktyabrın 13-də onda xəstəliyin simptomları yaranıb. Tibbi yardım göstərilməsinə baxmayaraq, qadın oktyabrın 23-də vəfat edib.

 

Keniyada ümumilikdə doqquz yoluxma halı təsdiqlənib, onlardan ikisi ölümlə nəticələnib. Daha yeddi xəstə təcridxanalarda müalicə alır.

 

Səhiyyə Nazirliyi bütün yoluxma hallarının məlum təmasda olan şəxslər arasında qeydə alındığını və virusun geniş ictimaiyyət arasında yayılmasına dair dəlil olmadığını bildirib.

 

Qeyd edək ki, Keniyada ilk “Ebola” hadisəsi oktyabrın 6-da qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM