satellite   Azerspace-1: 11135 H 30000

Macarıstanda 1956-cı il inqilabına həsr olunmuş muzey yaradılacaq

Macarıstanda 1956-cı il inqilabına həsr olunmuş muzey yaradılacaq

Macarıstanda 1956-cı il inqilabının qəhrəmanlarının və qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi muzey yaradılacaq.

NTV  xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Magyar Budapeştdə inqilabın 70-ci ildönümünə həsr olunmuş çıxışı zamanı deyib.

O, Bem Yojef meydanında keçirilən tədbirdə bildirib ki, ölkənin bu tarixi hadisənin iştirakçılarına və qurbanlarına layiqli ehtiram göstərmək borcu hələ də yerinə yetirilməyib.

Baş nazirin sözlərinə görə, yeni muzeyin yaradılması Macarıstanın azadlığı uğrunda mübarizə aparanların xatirəsinin qorunmasına xidmət edəcək. Muzeydə həm döyüşənlərin, həm də adları geniş ictimaiyyətə məlum olmayan qəhrəmanların fədakarlığı yad ediləcək.

Peter Magyar vurğulayıb ki, 1956-cı il inqilabı Macarıstan tarixində azadlıq və müstəqillik uğrunda mübarizənin mühüm rəmzidir. Sovet hərbi müdaxiləsi nəticəsində yatırılan üsyan xalqın azadlıq iradəsini sarsıda bilməyib.

O, həmçinin macarları siyasi fikir ayrılıqlarını kənara qoymağa, milli birliyi qorumağa və inqilab qurbanlarının xatirəsini yaşatmağa çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM