Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının qalibi olub.
NTV-nin məlumatına görə, 77 kq çəki dərəcəsində yarışan idmançı finalda moldovalı Aleksandrin Qutunu məğlub edib.
Daha əvvəl Eldəniz Əzizli də dünya çempionu adını qazanıb.
Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.
