satellite   Azerspace-1: 11135 H 30000

Husilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum etdiklərini bildiriblər

Husilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum etdiklərini bildiriblər

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının neft infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücum etdiklərini iddia ediblər.

NTV xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria məlumat verib.

Onun sözlərinə görə, ölkənin şərq və qərb istiqamətlərində xam neft nəql edən nasos stansiyalarına zərbələr endirilib.

Husilər, həmçinin Yəmənin Ədən və Lahc əyalətlərində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hərbi hədəflərinə ballistik raketlərlə hücum etdiklərini bildiriblər.

Hücumların nəticələri barədə məlumat verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM