satellite   Azerspace-1: 11135 H 30000

Fransada fəallar "Milli Birlik" liderinin çıxışını pozmağa cəhd ediblər

Fransada fəallar "Milli Birlik" liderinin çıxışını pozmağa cəhd ediblər

Fransada sağçı "Milli Birlik" Partiyasının əleyhdarları onun sədri Jordan Bardellanın Orleanda keçirilən partiya konqresindəki çıxışını pozmağa cəhd ediblər.

NTV xəbər verir ki, zalda partiya tərəfdarları ilə onun siyasi kursuna qarşı çıxan fəallar arasında dava başladıqdan sonra Bardella çıxışını qısa müddətə kəsmək məcburiyyətində qalıb.

Toqquşmanın başlanğıcı rəsmi yayımın kadrlarına düşməyib. Lakin Bardella bir neçə dəfə iştirakçıları sakitliyi qorumağa və təhlükəsizlik xidmətinin müdaxiləsini gözləməyə çağırıb.

Daha sonra kameralar mühafizəçilərin bir neçə nəfəri zaldan çıxardığını göstərib. Onlardan biri əlində Fransa bayrağı tutub.

"Demokratiyaya nifrət edən ifrat solçuları reklam etmək lazım deyil! Təhlükəsizlik xidmətinin öz işini görməsini gözləyərkən təklif edirəm, "Marselyoza"nı oxuyaq!" - siyasətçi bildirib.

Bundan sonra konqres iştirakçıları Fransanın dövlət himnini ifa ediblər.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM