satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan boksçusu Avropa çempionu olub - FOTOLAR

Azərbaycan boksçusu Avropa çempionu olub<font color=red> - FOTOLAR</font> Azərbaycan boksçusu Avropa çempionu olub<font color=red> - FOTOLAR</font> Azərbaycan boksçusu Avropa çempionu olub<font color=red> - FOTOLAR</font> Azərbaycan boksçusu Avropa çempionu olub<font color=red> - FOTOLAR</font>

Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatına yekun vurulub.

Boks Federasiyasından NTV-yə  bildirilib ki, Azərbaycan millisi yarışı 10 medalla başa vurub.

Komandamızın heyətində Teymur Tanrıverdiyev (90 kiloqram) Avropa çempionu tituluna yiyələnib. O, finalda Riçard Ovidiuya (Rumıniya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala sahib olub.

Sənan Nəsibli (52 kiloqram), Yusif Əli (57 kiloqram), Sərxan Haxverdiyev (70 kiloqram) gümüş, Nuray Qafarova (50 kiloqram), Ələkbər Məmmədli (44 kiloqram), Gülay Ocaqova (57 kiloqram), Sadiq Xəlilov (54 kiloqram), Sunay Əzimov (60 kiloqram) və Rafael Abbasov (66 kiloqram) isə bürünc mükafat qazanıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM