satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın iki yunan-Roma güləşçisi dünya çempionatının yarımfinalında

Azərbaycanın iki yunan-Roma güləşçisi dünya çempionatının yarımfinalında

Azərbaycanın iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

NTV  xəbər verir ki, Nihat Məmmədli (63 kiloqram) və Həsrət Cəfərov (67 kiloqram) 1/4 finalda müvafiq olaraq, qətərli Aref Mohammadi və koreyalı Hanjae Çanqa qalib gələrək adlarını növbəti mərhələyə yazdırıblar.

İslam Abbasov (87 kiloqram) isə eyni raundda bolqarıstanlı Olimpiya çempionu Semyon Novikova məğlub olub.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin hesabında 2 qızıl medal var. Yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar.

Mundiala noyabrın 1-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

14:26 26.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM