Yaponiya Fukuşima Daiçi Atom Elektrik Stansiyasından radioaktiv tritium ehtiva edən suların okeana axıdılmasının 25-ci mərhələsinə başlayıb.
NTV xəbər verir ki, “Tokyo Electric Power Company Holdings” (TEPCO) şirkətinin məlumatına görə, bu mərhələdə təxminən 1,4 trilyon bekkerel radioaktiv tritium ehtiva edən 7 min 800 ton suyun okeana buraxılması nəzərdə tutulur. Prosesin noyabrın 13-dək davam etməsi planlaşdırılır.
Yaponiya 2023-cü ilin avqustundan indiyədək 24 mərhələ üzrə okeana ümumilikdə 188 min 400 ton çirkab su axıdıb.
