satellite   Azerspace-1: 11135 H 30000

İngiltərədə həkimlər tətilə hazırlaşırlar

İngiltərədə həkimlər tətilə hazırlaşırlar

İngiltərədə Milli Səhiyyə Xidmətinin yüksəkixtisaslı həkimləri əməkhaqqı və iş şəraiti ilə bağlı noyabrın 25-də və 26-da ikigünlük tətil keçirəcəklər.

NTV xəbər verir ki, Britaniya Tibb Assosiasiyasının açıqlamasına əsasən, tətil noyabrın 25-də yerli vaxtla saat 06:59-da başlayacaq.

Aksiya müddətində xəstəxanalarda yalnız təcili tibbi yardım xidmətləri göstəriləcək. Bu səbəbdən planlı müayinə, müalicə və əməliyyatların əksəriyyətində ciddi fasilələrin yaranacağı gözlənilir. Tətil qərarı iyul ayında Britaniya Tibb Assosiasiyası üzvlərinin keçirdiyi səsvermədən və son bir ay ərzində hökumətlə aparılan danışıqlardan sonra qəbul edilib.

Bu il Milli Səhiyyə Xidmətinin yüksəkvəzifəli həkimlərindən olan konsultantların əməkhaqqı 3,5 faiz artırılıb. Lakin Britaniya Tibb Assosiasiyası bildirir ki, inflyasiya nəzərə alındıqda onların real əməkhaqqı son 17 ildə 25 faiz azalıb. Həmkarlar ittifaqı standart iş həftəsinin 40 saatdan 35 saata endirilməsini, iş vaxtından kənar saatlarda çalışan həkimlərə daha yüksək ödəniş edilməsini və pensiya sistemində dəyişikliklərin aparılmasını tələb edir.

Qeyd edək ki, İngiltərədə konsultant həkimlərin illik əsas əməkhaqqı 113 min 500 funt sterlinqdən başlayır. Ən təcrübəli mütəxəssislərin illik əsas maaşı isə 150 min 500 funt sterlinqə çatır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM