satellite   Azerspace-1: 11135 H 30000

“Liverpul” və “Arsenal”ın sabiq futbolçusu Londonda it hücumuna məruz qalıb

“Liverpul” və “Arsenal”ın sabiq futbolçusu Londonda it hücumuna məruz qalıb

İngiltərənin “Liverpul” və “Arsenal” klublarının sabiq futbolçusu Cermeyn Pennant Londonda it hücumuna məruz qalıb.

NTV “The Sun” nəşrinə istinadla xəbər verir ki, hadisə keçmiş yarımmüdafiəçinin iti ilə gəzintisi zamanı baş verib. Aqressiv alman çoban iti futbolçunun Kinq adlı akita cinsindən olan itinə hücum edib. Ev heyvanını qorumağa çalışan Pennant müdaxilə edərkən it onu yerə yıxaraq ayağından dişləyib.

Hadisə zamanı futbolçunun iti də ona kömək edərək hücum edən heyvanı saxlamağa çalışıb. Xəstəxanaya çatdırılan Pennantın dərin yaralarına 50-dən çox tikiş vurulub.

Mənbənin məlumatına görə, onun vəziyyəti hazırda normaldır və o, hələlik polisə müraciət etməyi planlaşdırmır.

Karyerası ərzində Cermeyn Pennant “Birmingem Siti”, “Uotford”, “Lids Yunayted”, “Portsmut” və “Stok Siti” klublarında da çıxış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM