satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 9 ayda 1004 yeni iş yeri yaradılıb

Naxçıvanda 9 ayda 1004 yeni iş yeri yaradılıb

Naxçıvan Muxtar Respublikasında 2026-cı ilin yanvar-sentyabr aylarında 1004 yeni iş yeri yaradılıb.

NTV bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinə istinadən xəbər verir. 

Naxçıvan Muxtar Respublikasında 2026-cı ilin yanvar-sentyabr aylarında məşğulluğun təmin edilməsi və əmək bazarının inkişafı istiqamətində müsbət dəyişikliklər qeydə alınıb. 

Hesabat dövründə muxtar respublikada 1004 yeni iş yeri açılıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 371 iş yeri və ya 59% çoxdur.

Yeni yaradılan iş yerlərinin böyük hissəsi qeyri-dövlət sektorunda formalaşıb. Belə ki, açılan iş yerlərinin 697-si və ya 69%-i qeyri-dövlət, 307-si və ya 31%-i isə dövlət sektorunda qeydə alınıb. İş yerlərinin 852-si yeni fəaliyyətə başlayan 117 müəssisə və təşkilatlarda, 152-si isə mövcud 31 müəssisədə yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıqları ilə qeyri-dövlət sektoruna dövlət dəstəyinin genişləndirilməsi muxtar respublikada məşğulluq üçün yeni imkanların yaradılmasına, əmək fəallılığının yüksəlməsinə səbəb olub. Bu ilin yanvar-sentyabr aylarında muxtar respublikada iqtisadiyyatın qeyri-dövlət sektorunda yeni yaradılan iş yerlərinin sayının dövlət sektorunda açılan yeni iş yerlərinin sayını 2 dəfədən çox üstələməsi sahibkarlığın əhalinin məşğulluğuna əhəmiyyətli töhfə verdiyini göstərir. Kiçik və orta sahibkarlığın dəstəklənməsi, investisiya cəlbediciliyinin yüksəldilməsi və istehsal potensialının genişləndirilməsi muxtar respublikada məşğulluğun dayanıqlı artımının mühüm amilidir. 

İş yerlərinin sayının artmasında yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması, tikinti və infrastruktur layihələrinin icrası, eləcə də müxtəlif sahələrə yönəldilən investisiyaların həcmindəki artım əsas rol oynayıb. Eyni zamanda, sosial və infrastruktur layihələri çərçivəsində “Naxçıvan Regional Dost Mərkəzi”nin fəaliyyətə başlaması ilə 43, “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətində 223 iş yerinin yaradılması da ümumi artıma töhfə verib.

Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən icra edilən Özünüməşğulluq Proqramı çərçivəsində muxtar respublikada aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə 2026-cı ilin ötən dövrü ərzində öz kiçik biznesini qurmaq istəyən 114 nəfər işsiz şəxsə aktivlər təqdim edilib. Onlardan 94 nəfəri kənd təsərrüfatı (50 nəfəri qoyunçuluq, 44 nəfəri arıçılıq)  və 20 nəfəri isə istehsal-xidmət sahələri üzrə məşğul olmaq üçün əmlaklarla təmin ediliblər. Cari ilin sonunadək Proqram çərçivəsində əlavə məşğulluq imkanlarının yaradılması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM