"Tata Group" korporasiyasının tərkibinə daxil olan Britaniyanın "Jaguar Land Rover" avtomobilqayırma şirkəti 4 min iş yerini ixtisar etməyi planlaşdırır.
NTV xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti yazıb.
Qeyd olunub ki, proses iki il çəkəcək. Bu addım ABŞ-nin tətbiq etdiyi rüsumlar və avtomobil satışlarının azalması ilə bağlıdır.
Nəşrin məlumatına görə, işçilərin ixtisar planı hökumətlə danışıqların aparılmasını tələb edən həmkarlar ittifaqlarında narahatlıq doğurur.
Xatırladaq ki, Vaşinqton 2025-ci ilin aprelində idxal olunan bütün avtomobillərə 25% həcmində gömrük rüsumları tətbiq edib.
