Gürcüstan hökuməti ölkədə yeni regional siyasət üzrə dövlət naziri vəzifəsinin yaradılmasını nəzərdə tutan təşəbbüsü parlamentdən geri götürüb.
NTV xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin büro iclasında məlumat verilib.
Bildirilib ki, büronun gündəliyindəki yeni qanunvericilik təşəbbüsləri arasında “Hökumətin strukturu, səlahiyyətləri və prosedurları haqqında” Qanuna planlaşdırılan dəyişikliklər də yer almışdı. Yeni təşəbbüs layihəsində ölkənin Regional İnkişaf Nazirliyinin bazasında regional siyasət üzrə dövlət naziri vəzifəsinin yaradılması, eləcə də hüquq-mühafizə orqanlarının əlaqələndirilməsi üzrə dövlət naziri vəzifəsinin ləğvi nəzərdə tutulurdu. Lakin təşəbbüs geri götürüldüyü üçün regional siyasət üzrə dövlət naziri vəzifəsi artıq yaradılmayacaq. Bundan əlavə, Regional İnkişaf Nazirliyinin İnfrastruktur Nazirliyi ilə yenidən birləşdirilməsi planlaşdırılır.
