satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada rəqəmsal rublun istifadəsinə başlanılır

Rusiyada rəqəmsal rublun istifadəsinə başlanılır

Sabahdan Rusiyada rəqəmsal rublun geniş istifadəsinə başlanılacaq.

NTV xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

"İri banklar və pərakəndə ticarət şirkətləri sentyabrın 1-dən etibarən rəqəmsal rublla əməliyyatların yerinə yetirilməsi üçün öz infrastrukturunu istifadəyə verir. Qeyd edilən tarixdən etibarən vətəndaşlar istəklərinə uyğun olaraq milli valyutanın yeni formasından istifadə etmək imkanı qazanırlar", - deyə qurumun yaydığı məlumatda bildirilir.

Açıqlamada vətəndaşların sistemə qoşulan bankların mobil tətbiqləri vasitəsilə rəqəmsal rubl hesabı aça biləcəkləri vurğulanıb.

Rusiya Mərkəzi Bankının məlumatına görə, fiziki şəxs və ya şirkətin yalnız bir ədəd hesabı ola bilər. Fərdi sahibkarların isə iki hesabı olacaq: biri fiziki şəxs kimi, ikincisi isə biznes fəaliyyəti üçün. Rusiya vətəndaşları rəqəmsal rubl hesablarına ayda 300 min rubla qədər vəsait köçürə biləcəklər. Biznes fəaliyyəti üçün isə hər hansı limit nəzərdə tutulmayıb. Həm vətəndaşlar, həm də şirkətlər öz rəqəmsal pul hesablarındakı bütün vəsaitlərdən heç bir məhdudiyyət olmadan istifadə edə biləcəklər.

Tənzimləyici qurum onu da əlavə edib ki, vətəndaşlar üçün rəqəmsal rublla edilən bütün ödənişlər və köçürmələr pulsuzdur. Sahibkarlıq fəaliyyəti üçün isə cari ilin sonuna qədər ödənişlər və köçürmələr üçün komissiya tutulmayacaq. Lakin qurum xatırladıb ki, 2027-ci ildən fərdi sahibkarlar və şirkətlər üçün ödəniş bazarında minimum səviyyədə müəyyən edilmiş tariflər qüvvəyə minəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM