satellite   Azerspace-1: 11135 H 30000

Culfada yaşayış binasında yanğın olub, iki nəfər xəsarət alıb

Culfada yaşayış binasında yanğın olub, iki nəfər xəsarət alıb

Culfa şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, 2 nəfər xəsarət alıb.

NTV xəbər verir ki, hadisə şəhərdə yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Hazırda onlar Culfa Rayon Mərkəzi Xəstəxanasında müalicə alırlar. Həkimlərin verdiyi məlumata görə, xəsarət alanların vəziyyəti normal qiymətləndirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbi müəyyənləşdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM